Ağdamda iribuynuzlu heyvan minaya düşüb.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Əsədli ərazi nümayəndəliyinin Küdürlü kəndində qeydə alınıb.
Kənd sakini Bədrəddin Əliyev Qarqar çayının sahilində heyvanları otararkən onlardan biri minaya düşüb və partlayış baş verib. Heyvan tələf olub.
Mina partlayışı nəticəsində insan itkisi olmayıb.
Son xəbərlər
Son Xəbərlər