Ağdamda mina partladı - 29 yaşlı şəxs xəsarət aldı+Yenilənib

agdamda-mina-partladi
Oxunma sayı: 1976

Bu gün Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində mina hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

Bildirilib ki, 1995-ci il təvəllüdlü Ağdam rayon sakini Abbasov Bəxtiyar Yaqub oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən piyada əleyhinə mina partlayışı nətisində hər iki ayağından xəsarət alıb.

Xəsarət alan şəxs xəstəxanaya təxliyyə edilib.

***

Baş Prokurorluğun Mətbuat xidməti hadisə ilə bağlı daha bir məlumat yayıb:

“Martın 3-də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alması faktı üzrə Ağdam rayon prokurorluğunda araşdırma aparılır”.