Ağdamda növbəti səyyar qəbul keçirildi - Fotolar

agdamda-novbeti-seyyar-qebul-kecirildi
Oxunma sayı: 1146

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun Bakı şəhəri, Qaradağ rayonu Qobu Park-1 yaşayış kompleksində səyyar qəbul-görüşü keçirilib.

"Qafqazinfo" xəbər verir ki, səyyar görüşdə əhalini narahat edən problemlərin həlli üçün həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışılıb. 

Çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Prezident İlham Əliyevin verdiyi tapşırıqların həyata keçirilməsi, əhalinin problemlərinin öyrənilməsi və operativ həlli üçün keçirilən bu cür görüşlərin önəmli olduğunu qeyd edərək, belə səyyar görüşlərin davamlı olacağını bildirib: "Prezident İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş son qərarlar vətəndaşlara olan dövlət qayğısının göstəricisidir. 

İcra başçısı hazırda Ağdam rayonunun işğaldan azad edilmiş ərazisində aparılan yenidənqurma işləri barədə qəbul iştirakçılarını məlumatlandırıb.

Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qəbula gələn vətəndaşların qaldırdıqları məsələlərin bir hissəsini yerində həll edib, digər vacib məsələlərin həlli üçün isə müəyyən tapşırıqlar verərək həlli prosesini nəzarətə götürüb.