Ağdamda şəhidin xatirəsinə həsr olunan kitabın təqdimatı keçirildi

agdamda-sehidin-xatiresine-hesr-olunan-kitabin-teqdimati-kecirildi
Oxunma sayı: 2178

Bu gün Ağdam Muğam Mərkəzində Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Manya Səxavətqızının müəllifi olduğu və Azərbaycan ordusunun zabiti, Qarabağ müharibəsi şəhidi Toğrul Məmmədovun xatirəsinə həsr olunmuş “Qeyrət təcəssümü” adlı kitabın təqdimat mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, mərasimdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, qəhrəmanın ailə üzvləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

“Azərbaycan Bayrağı” ordenli əməkdar jurnalist Baxşeyiş Abbasoğlunun moderatorluğu ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.

Təqdimat mərasimində çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər qəhrəmanın döyüş yolundan, cəbhənin Ağdam istiqamətində göstərdiyi qəhrəmanlıqlardan geniş bəhs ediblər.

Sonda kitabın müəllifi çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirib.