Ağdamın 2010-cu ildə çəkilmiş görüntüləri... - Video

agdamin-2010-cu-ilde-cekilmis-goruntuleri
Oxunma sayı: 8939

Ağdamın ermənilər tərəfindən işğalından illər sonra - 2010-cu ildə çəkilmiş görüntüləri yayımlanıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev tvitter hesabında paylaşım edib.

Baş konsul videoya yazdığı şərhində bildirib ki, 2010-cu ildə ABŞ-dan Ağdama gələn erməni gənclər azərbaycanlıların dağıdılmış evləri ilə lovğalanırlar:

“1993-cü ildə Ermənistanın Ağdamı işğal etməsi ilə 130 min azərbaycanlı zorla didərgin salındı. Ağdam şəhəri və onun kəndləri işğal illərində tamamilə məhv edildi”.