Ağdamlı məmur bıçaqlandı

agdamli-memur-bicaqlandi
Oxunma sayı: 2806



“Qafqazinfo” xəbər verir ki, əslən Ağdamın işğal altındakı Güllücə kəndindən olan 1961-ci il təvəllüdlü Füzuli Əliyev öz oğlunun qaynı tərəfindən bıçaqlanıb. Yerli sakinlərdən anspress-ə verilən məlumata görə, hadisəyə Fizuli Əliyevin oğlu Rəşad Əliyevin həyat yoldaşını boşadığı üçün qaynının ondan intiqam almaq istəməsi səbəb olub.

Hadisə ərazidəki mağazalardan birində baş vedib. Hadisəni törədən Rəşad adlı şəxs daha sonra polisə gedərək təslim olub.

Qeyd edək ki, Füzuli Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağdam rayon şöbəsinin əməkdaşıdır.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.