Ağdaş sakini Daşkəsəndə intihar etdi

agdas-sakini-daskesende-intihar-etdi
Oxunma sayı: 2726

Daşkəsən rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çovdar kəndində qeydə alınıb.

Ağdaş rayon sakini 1994-cü il təvəllüdlü Səbuhi Süleymanov idarə etdiyi ekskavatordan özünü asıb.

Onun meyti iş yoldaşları tərəfindən asılmış vəziyyətdə tapılıb. Meyit müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, S.Süleymanov şirkətlərin birində ekskavator sürücüsü işləyib.

O, nişanlı olub, yaxın günlərdə toyu olacaqmış.

Mərhumun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev