Bu gün Ağdaş rayon sakini 2019-cu il təvəllüdlü M. Ağayev yaşadığı evin yaxınlığındakı su arxında batıb.
Bu barədə "Qafqazinfo"ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.