Ağdaş şəhərində 32 yaşlı kişi intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ağdaşın Maşad küçəsində qeydə alınıb.
Belə ki, Maşad sakini 1992-ci il təvəllüdlü Abdullayev Rəşad Kamran oğlu özünə məxsus olan torpaq sahəsinə gedib.
O, ərazidəki yarımtikilinin tavanından özünü asaraq intihar edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər