Ağdaşda avtomobil aşdı, sürücü öldü

agdasda-avtomobil-asdi-surucu-oldu
Oxunma sayı: 2657

Ağdaşda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə rayonun Kükəl kəndində baş verib.

Belə ki, kənd sakini Qədirov Hacı Teymur oğlu idarə etdiyi "Niva" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobili aşırıb. Qəza zamanı sürücü H.Qədirov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli