Ağdaşda “BMW” aşdı - 1 ölü, 5 yaralı

agdasda-bmw-asdi
Oxunma sayı: 1923

Ağdaş rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bu gün Ağdaş rayonunun Ərəbocağı kəndi ərazisində qeydə alınıb. "BMW" markalı minik avtomobilinin yol kənarındakı betona çırpılaraq aşması nəticəsində Ağdam rayonundan olan və Mingəçevirdə məskunlaşan şəxslər - 1977-ci il təvəllüdlü Mehrəliyev Ramin Yusif oğlu, 1981-ci il təvəllüdlü Əmirov Zaman Rasim oğlu, 1976-cı il təvəllüdlü Quliyev Əmrah Almaz oğlu, 1997-ci il təvəllüdlü Əmrəliyev Seyfəddin Əli oğlu, 1996-cı il təvəllüdlü Əmrəliyev Niyaməddin Əli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ramin Mehrəliyev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Digər 4 yaralı Ağdaş Mərkəzi rayon Xəstəxanasına çatdırılıb. Yaralılardan, adı hələlik məlum olmayan bir nəfər isə Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılıb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.