Ağdaşda fəhlə cərəyan vurmasından öldü

agdasda-fehle-cereyan-vurmasindan-oldu
Oxunma sayı: 1219

Ağdaşda fəhləni cərəyan vuraraq öldürüb.

"Qafqazinfo" xəbər verir ki, iyunun 28-də rayonun Qolqəti kəndində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, E.Osmanov fəhlə kimi işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri apararkən elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.