Mingəçevir sakini itkin düşüb.
"Qafqazinfo" xəbər verir ki, şəhər sakini 1970-ci il təvəllüdlü Bayramov Araz Zəkəriyyə oğlu dünən səhər saatlarında Ağdaş rayonunun Qaraoğlan kəndində yaşayan atası evindən çıxaraq geri qayıtmayıb.
Ailə üzvləri rayon polis şöbəsinə məlumat veriblər.
**
Ağdaşda itkin düşən Mingəçevir sakini Araz Bayramov tapılıb.
"Qafqazinfo"nun məlumatına görə, o, Ağdaş rayonunun Tuqay meşəsində tapılıb.
Bu barədə rayon polis şöbəsinə xəbər verilib.
Tural Hüseynli

Son xəbərlər
Son Xəbərlər