Ağdaşda maşın yandı- - İki nəfər yaralandı

agdasda-masin-yandi-
Oxunma sayı: 1129

 

Ağdaşda minik avtomobili yanıb.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Ağdaş şəhərində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yük hissəsi və 1 ədəd arxa təkəri yanıb.

Yanğın zamanı avtomobildə təmir işləri aparan zaman 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və qonşular tərəfindən rayon mərkəzi xəstəxanasına aparılıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.