Ağdaşda qardaş qardaşı öldürdü

agdasda-qardas-qardasi-oldurdu
Oxunma sayı: 3033

Ağdaş rayonunda kişi mübahisə zamanı öz qardaşını və həmkəndlisini güllələyib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Abad kənd sakini Mustafa Ələşrəfov münaqişə zamanı ov tüfəngindən atəş açaraq qardaşı, 1968- ci il təvəllüdlü Qələndər Ələşrəfovu və qonşusu, 1972-ci il təvəllüdlü Quliyev Cəmil Sərdar oğlunu vurub.

Nəticədə qardaşı Q. Ələşrəfov ölüb, C.Quliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Hadisəni törədən M.Ələşrəfov polis əməkdaşları tərəfindən tutulub.

***
Ağdaş rayon prokurorluğundan "Qafqazinfo"ya verilən məlumata görə, iyunun 17-i saat 23 radələrində 1959-cu il təvəllüdlü Mustafa Aləşrəfov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı qardaşı, 1968-ci il təvəllüdlü Qələndar Aləşrəfova odlu silahdan atəş açaraq öldürüb.

Faktla bağlı  Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa Aləşrəfov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.