Ağdaşda silah-sursat tapıldı - Foto

agdasda-silah-sursat-tapildi
Oxunma sayı: 1448

Ağdaşda avtomat aşkarlanıb.

Bu barədə “Qafqazinfo”ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupu məlumat verib.

Bildirilib ki, Ağdaş Rayon Polis Şöbəsinə şəhər ərazisindən silah-sursat tapılması barədə məlumat daxil olub.

Sözügedən əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd “AKM” markalı avtomat, həmin silaha aid daraq və 7 ədəd patron aşkarlanaraq götürülüb.