Ağdaşda traktor 6 ton otla birlikdə yandı

agdasda-traktor-6-ton-otla-birlikde-yandi
Oxunma sayı: 1220

Ağdaşda yanğın qeydə alınıb.

“Qafqazinfo”nun FHN-nə istinadən məlumatına görə, rayonun Aşağı Zeynəddin kəndində "MTZ-80" markalı traktorun kabinəsi və 3 ədəd qoşqusunun yanar hissələri, qoşqulara yığılan 6,7 ton ot bağlaması yanıb.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.