İngiltərədə qızı ilə birgə zəhərlənən agent Serqey Skripalla bağlı yeni məlumat yayılıb.
“Qafqazinfo” “The Times”in məlumatına istinadən xəbər verir ki, hadisə günü Yuliya və Serqey Skripal mobil telefonlarında GPS xidmətini 4 saat müddətinə bağlayıb. Bildirilir ki, ata-bala gizli görüşə getdiyi üçün bu üsula əl atmış ola bilər.
Məlumat səs-küyə səbəb olsa da, Stoklend-Yard polisi heç bir şərh verməyib.
Aysel Kərimova
Son xəbərlər
Son Xəbərlər