Agentlik bu görüntülərə aydınlıq gətirdi

agentlik-bu-goruntulere-aydinliq-getirdi
Oxunma sayı: 2043

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Göyçay rayonu ərazisində sel suları səbəbindən avtomobil körpüsünün uçmasını əks etdirən videogörüntülərə aydınlıq gətirib.

“Qafqazinfo” xəbər verir ki, agentlik yayılan videonun həqiqətə uyğun olmadığını bildirib:

“Rəsmi olaraq bildiririk ki, sözügedən görüntü 2018-ci ildə baş vermiş hadisə zamanı lentə alınıb və bu günlər ərzində Göyçay rayonu ərazisində balansımızda olan hər hansı avtomobil körpüsündə uçqun qeydə alınmayıb”.