Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
FHN-dən “Qafqazinfo”ya verilən məlumata görə, tədbirdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov deyib ki, hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olan Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış böyük bir salnaməsidir.
O, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə ümummilli liderin titanik fəaliyyətindən danışıb, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktor müavini Emin Rəhimov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatınin sədri Ayaz Süleymanov və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi şərəfli, lakin çətin missiyanı böyük əzmlə yerinə yetirdiyini vurğulayıb, ölkəmizin inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Cıxışlarda ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında dinamik inkişafına görə lider mövqelərdə olduğu qeyd edilib.






Son xəbərlər
Son Xəbərlər