Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Ramil Mürşüd oğlu Yusifovun ailəsini ziyarət edib.
“Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin baş giziri olmuş Ramil Yusifov Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə iştirak edib, Suqovuşan istiqamətində döyüşlərdə şəhid olub. İki övladı olan şəhidin ailəsi Bakının Ramana qəsəbəsində yeni ikiotaqlı mənzillə təmin edilib.
Agentliyin sədri ailənin sosial vəziyyəti ilə maraqlanıb. O, ailənin yaşayışının hər zaman diqqətdə saxlanacağını vurğulayıb. Şəhid ailələri üçün nəzərdə tutulan digər dəstək tədbirləri ilə əhatə olunacaqlarını da qeyd edib.
Hərbi xidməti dövründə 6 medal və 11 fəxri fərmanla təltif edilən tank komandiri Ramil Yusifov dövlət başçısının Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.


Son xəbərlər
Son Xəbərlər