Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər

agir-atletika-olimpiya-oyunlarindan-cixarila-biler
Oxunma sayı: 1099

Ağır atletika Olimpiya Oyunlarından çıxarıla bilər.

“Qafqazinfo” “Vesti.ru”ya istinadən xəbər verir ki, bu xəbərdarlıq Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın dilindən səslənib.

Tomas Bax Beynəlxalq Ağır Atletika Federasiyasını (IWF) mümkün nəticələr, daha dəqiq desək, ağır atletikanın Parisdəki Oyunların proqramından və sonrakı Olimpiya Oyunlarından çıxarılması perspektivi barədə xəbərdarlıq edib. Bu, IWF-in BOK-un dopinqə qarşı mübarizəyə dair tələblərinə məhəl qoymayacağı təqdirdə baş verəcək. 

“RİA Novosti” bildirib ki, bununla yanaşı, BOK artıq ağır atletlərin Olimpiya turnirinin proqramını azaldıb. 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadada yalnız 120 ştanqçı çıxış edəcək.