Ağır əməliyyat Buzovanı yatağa məhkum etdi - Video

agir-emeliyyat-buzovani-yataga-mehkum-etdi
Oxunma sayı: 3514

Xəbər verdiyimiz kimi, rusiyalı müğənni, aparıcı Olqa Buzova ağır əməliyyat keçirib.

“Qafqazinfo” “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, sənətçi artıq iki gündür reanimasiyadadır.

Buzova reanimasiyadan ürəkparçalayan videolar çəkərək instaqramda paylaşır. O, göz yaşları içində izləyicilərinə müraciət edir və güclə danışır. Ən qorxulusu isə artistin yatağa məhkum olmasıdır.

“Bu, ya narkozdandır, ya da bilmirəm, mən daim ağlayıram və yataqdan qalxa bilmirəm. Çox zəifəm, hərarətim yüksəlib. Elə bilirdim, yaxşılacağam, sizə hər şeyi danışacağam, amma yaxşılaşmıram. Ən qorxulusu geridə qaldı. Xoş sözlərinizə görə hamınıza təşəkkür edirəm. Sizin Olya”, - Buzova ağlayaraq deyib.