“Ağır oyun oldu” - Rəqib baş məşqçi

agir-oyun-oldu
Oxunma sayı: 709

Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda “Qəbələ”ylə 1:1 hesablı bərabərliyə qalan Polşa “Yagelloniya”sının baş məşqçisi İreniuş Mamrot mətbuat konfransı keçirib. 

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis şansların yenə də bərabər olduğunu bildirib.

-    Gözlədiyimiz kimi, ağır oyun oldu. Matçın sonunda qalib də gələ bilərdik. Əvvəlcədən proqnozlaşdırdığım kimi, cütlüyün taleyi Polşada müəyyənləşəcək.

-    Cavab oyunu öncəsi şansları necə dəyərləndirirsiniz?

-    İlk oyundan əvvəl olduğu kimi. Yenə də şansları bərabər hesab edirəm.

-    Hakimlik barədə fikirləriniz maraqlıdır...

-    Hakimlərin işinə qiymət vermək istəmirəm. Ancaq ilk yarıda penaltimizin verilmədiyini düşünürəm. Hakimlər üçün çox çətin oyun oldu.