Ağır qəzada ölən və yaralananların adları bilindi - Video

agir-qezada-olen-ve-yaralananlarin-adlari-bilindi
Oxunma sayı: 4691

Ötən gün Abşeron rayonu Saray qəsəbəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəzada ölən və yaralananların kimliyi müəyyənləşib.

“Ravon Nexia” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü, 2001-ci il təvəllüdlü Nicat Cəsarət oğlu Süleymanlı hadisə yerində ölüb.

“Ravon Nexia”nı idarə edən Vüqar Quliyev və onun sərnişini Rəşad Qafarov isə Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı  araşdırma aparılır.

Hadisə yerindən çəkilmiş görüntüləri təqdim edirik.