“Ağızlarına gələni yazdılar...” - Fatimə əsəbiləşdi

agizlarina-geleni-yazdilar
Oxunma sayı: 3033

Ötən gün sənətçi həmkarları ilə birgə cəbhədə döyüşən əsgərlərə baş çəkməyə gedən rəqqasə Fatimə Fətəliyeva əsəbiləşib. 

"Qafqazinfo"ya açıqlama verən ifaçı bildirib ki, onun əsgərlərin yanına getməsi sosial şəbəkədə müzakirələrə səbəb olub:

“Biz Tərtər rayonunda əsgər qardaşlarımıza və kənd camaatına dəstək olduq. Ağzıgöyçək insanlar ağızlarına gələni yazdılar. Guya biz reklam naminə özümüzü göstəririk. Gündəmə gəlmək üçün belə edirik. Əslində belə deyil, mən və digər sənət dostlarım az da olsa rahatlıq tapmağa çalışdıq.

Düzdür, böyük bir iş görmədik, sadəcə dəstək olduq, şəhid ailələrinə başsağlığı verdik. Biz düşmənlərimizi sevindirməməliyik, bir-birimizə dəstək olmalıyıq”.