“Ağlamırdım, tərimi silirdim” - Ramil Şeydayev

aglamirdim-terimi-silirdim
Oxunma sayı: 3135

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayev barəsində yayılan xəbərlərə münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, o, Slovakiya ilə oyundan sonra açıqlama verən zaman ağlamadığını söyləyib.

Gənc hücumçu bu barədə şəxsi “Facebook” səhifəsində paylaşım edib:

“Dünənki zəif oyunumuza görə üzr istəyirəm. Siz daha yaxşısına layiqsiniz. Düzdür, çox üzülmüşdüm, amma müsahibə zamanı ağlamamışam, tərimi silirdim”.

Qeyd edək ki, Azərbaycan – Slovakiya matçı millimizin 1:5 hesablı məğlubiyyəti ilə başa çatıb.