Belçikanın Baş naziri Aleksander De Kroo istefa verib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, De Kroo “Open VLD” partiyasının ölkəsində milli parlament seçkilərində və Avropa Parlamentinə keçirilən seçkilərdə məğlub olmasından sonra bu qərara gəlib.
“Biz bu seçkilərdə məğlub olduq. Mən bu kampaniyanın üzü idim. Bu bizim ümid etdiyimiz nəticə olmadı. Bütün məsuliyyəti üzərimə götürürəm”, - deyə o bildirib.
Qeyd edək ki, “Open VLD” partiyası seçkilərdə 7 faizdən az səs toplayaraq ultra solçulardan əhəmiyyətli dərəcədə geri qalıb.
Son xəbərlər
Son Xəbərlər