Ağrı yox, yorğunluq yox, şübhə yox... - Yalnız məqsəd var + Video

agri-yox-yorgunluq-yox-subhe-yox
Oxunma sayı: 4312

Ukrayna Fəxri Konsulluğu Ukrayna – Azərbaycan dostluğuna həsr olunmuş "Dear Azerbaijan" adlı videoçarx hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, videoda iki ölkənin istənilən sahədə qarşılıqlı münasibətlərindən bəhs edilib.

Məqsəd – özümüzün ən mükəmməl nümunəsini yaratmaqdır. Tarix təkrarlanır, elm, sənət, idman  zamana uyğun olaraq durmadan yenilənir. Sərhədlər yox olur, tarixən yaxın olan millətləri və dövlətləri daha da yaxınlaşdırır. İnkişaf edən qarşılıqlı münasibətlər, kökləri bir-birinə bağlı olan Ukrayna -   Azərbaycan  dostluğunda da bundan sonrakı uğurların təməlini qoyur. Birgə hədəflər müəyyən  edilir və ona doğru yol alınır. Sürət zamanın dəyərini unutdursa da, bəzən gedilən yol uzun gəlir,  bəzən isə qələbə üçün sadəcə bir neçə dəqiqə bəs edir. Beləliklə sürət bizi həm də inkişafa  aparır. Ən əsas məqsədimiz  hədəflərimizi düzgün müəyyən etməkdir. Çünki əldə etdiyimiz uğurlar bir sonrakı mərhələni müəyyən edir. Bu qələbələrdə yanımızda olanlar isə ... kimliyimizi bildirir.

Olimpiya Döyüş Klubunun rəhbərliyi Oqtay Musayevə, MMA üzrə Dünya Çempionu Vüqar Kərəmova, Olimpiya Stadionunun rəhbəri Cavid Qarayevə dəstəyə görə təşəkkür edirik:

Videoçarxı təqdim edirik: