Ağrılardan sizi azad edəcək Türkiyənin məşhur mütəxəssisi artıq Azərbaycanda!

agrilardan-sizi-azad-edecek-turkiyenin-meshur-mutexessisi-artiq-azerbaycanda
Oxunma sayı: 2260

“Referans Medical Group” daxilində fəaliyyət göstərən, Leyla Medical Center (keçmiş Leyla Şıxlinskaya Klinikası) və Türkiyənin məşhur Memorial Sağlıq Qrupunun imzaladığı memorandum əsasında artıq 3 aydır ki,  məşhur türk mütəxəssisləri Azərbaycana dəvət olunaraq pasiyent qəbulları həyata keçirirlər.

“Qafqazinfo” xəbər verir ki, fevral ayı üçün isə Memorial Sağlamlıq Qrupundan xüsusi ilə diqqəti cəlb edən mütəxəssilər dəvət olundu. Bunlar Professor Ağrı Uzmanı, Alqoloq Mehmet Ali Taşkaynatan və Professor Uşaq Nevroloqu Cihan Meraldır.

Azərbaycanda demək olar hər bir insana lazımlı ancaq çox az tanınan tibbin yeni bir sahəsi Alqologiya (Ağrı müalicəsi), hətta səbəbi bilinməyən ağrılardan əziyyət çəkən xəstələri tamamilə ağrısız bir həyata qovuşdurur.

Son zamanlar insanlar arasında xüsusilə aktual olan, şiddətli və xroniki ağrılardan əziyyət çəkənlər üçün bir ümid yeni olan bu sahə üzrə məşhur professor 14-15 fevral tarixlərində Leyla Medical Center-də pasiyentləri qəbul edəcək.

Amerikada təhsil almış Prof. Dr. Mehmet Ali Taşkaynatan bədənin hər bir nahiyyəsində müxtəlif səbəblərdən yaranan ağrıların, xroniki baş ağrılarının, miqrenin, osteoxondroz, beldə yırtıqlar və protruziyalar nəticəsində əmələ gələn ağrıların, şiddətli oynaq ağrılarının, insult və onkoloji xəstəliklər kimi müxtəlif xəstəliklərin nəticəsi olaraq yaranan ağrıların və s. ən qısa zamanda əməliyyatsız müalicəsini icra edir.

Eyni zamanda pasiyent qəbulu üçün artıq ikinci dəfədir dəvət olunan Professor Uzman Uşaq Nevroloqu Cihan Meral uşaqlarda müşahidə edilən bütün nevroloji xəstəliklərin müalicəsi ilə məşğuldur.

Professor Uzman Uşaq Nevroloqu Cihan Merala uşaqlarda hiperaktivlik, epilepsiya, əsəbilik və yaddaş pozulması, davranış pozğunluqları, əqli inkişafın zəifləməsi kimi müxtəlif nevroloji xəstəliklər zamanı müraciət edə bilərsiniz.

Həkim qəbulları ilə bağlı *0101 Çağrı Mərkəzi və ya 050 207 11 19 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.