“Ağrısız və qansız, birdəfəlik kəsilir...” - Lalədən Röyaya

agrisiz-ve-qansiz-birdefelik-kesilir
Oxunma sayı: 4324

Əməkdar artistlər Lalə Məmmədova və Röya Ayxan arasında yaşayanan qalmaqal davam edir.

Qafqazinfo” xəbər verir ki, müğənni Röya Ayxanın həmkarı haqqında səsləndirdiyi fikirlərə qarşı tərəfdən cavab gəlib.

L. Məmmədova məsələyə sosial şəbəkədə zarafatyana münasibət bildirib:

"Mən kiminsə yaradıcılığı haqda fikrimi söyləyə bilərəm, məsləhət vermək yox. Təbii ki, məsləhət istəsələr yalnız o zaman... Əzizim Röya, axı müasir qızsan, baltalamaq nədir? Baltalamaq artıq keçmişdə qaldı. İndi daha müasir üsul var - lazer şüası... Ağrısız və qansız, birdəfəlik kəsilir”.

Xatırladaq ki, Lalə Məmmədova "Qonaq gəl bizə" verilişində Röya Ayxana ifa janrı ilə bağlı məsləhət verdiyini söyləmişdi:

Röya özünəməxsus yol tapıb. Hərdən ona deyirəm ki, gəl başqa janrda oxu. Onun da günahı yoxdur, bəstəkarlar eyni tərzdə mahnılar təqdim edir. Onun səsi ilə daha çox və maraqlı işlər etmək olar”.

Əməkdar artist Röya Ayxan isə həmkarına sərt cavab vermişdi:

“Müğənninin bir tərzi olar. Kim deyir ki, üzünə demişəm janrını dəyiş, yalan danışır. Qorxularından bunu üzümə heç vaxt deyə bilməzlər, baltalayaram”.