Ağstafa İcra Hakimiyyətində yeni təyinat

agstafa-icra-hakimiyyetinde-yeni-teyinat
Oxunma sayı: 4935

Ağstafa Rayon İcra Hakimiyyətində yeni təyinat olub.

"Qafqazinfo"nun məlumatına görə, icra başçısı Nizaməddin Quliyev Mehdiyev Naqif Vaqif oğlunu özünə köməkçi təyin edib.

Həmin vəzifəni icra edən Məmmədov Məhəmməd Fərhad oğlu isə vəzifəsindən azad olunaraq, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsinə təyin edilib.

Elmar Əli