Ağstafa sakininin bağda meyiti tapıldı

agstafa-sakininin-bagda-meyiti-tapildi
Oxunma sayı: 2421

Ağstafada meyit aşkar olunub.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Poylu kəndinə qeydə alınıb.1984-cü il təvəllüdlü Hüseynov Elvin Məlik oğlunun meyiti yaxınları tərəfindən bağda aşkar edilib.

İlkin müayinə zamanı onun ürəktutmasından dünyasını dəyişdiyi məlum olub. 37 yaşlı kişinin meyiti məhkəmə-tibb ekspertizasına təqdim edilib.

Ölümün baş verməsinin dəqiq səbəbləri araşdırılır.