Ağstafa sakininin evində silah-sursat aşkarlandı - Foto

agstafa-sakininin-evinde-silah-sursat-askarlandi
Oxunma sayı: 2136

Ağstafa sakininin evində silah-sursat aşkarlanıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Qafqazinfo"ya verilən məlumata görə, Ağstafa rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Xətai kənd sakini , 64 yaşlı Tahir Yaqubəliyevin kənddə yaşadığı evə baxış keçirilən zaman oradan 2 ədəd torbanın içərisində qablaşdırılmış 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, həmin silaha aid 4 ədəd daraq, 113 ədəd 5.45 mm və 108 ədəd 7.62 mm kalibirli avtomat silahına aid patronlar, üzərində “KOMAR 2M” yazısı olan 1 ədəd radio cihazı və 24 ədəd iri çaplı patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.