Ağstafada 17 yaşlı qız intihara cəhd etdi - Vəziyyəti ağırdır

agstafada-17-yasli-qiz-intihara-cehd-etdi
Oxunma sayı: 3359

Ağstafa rayonunda yeniyetmə qız özünü asaraq intihara cəhd edib.

"Qafqazinfo"nun "Report"a istinadən məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, 17 yaşlı yeniyetmə qız yaşadığı evdə özünü asaraq intihara cəhd edib.

O, ağır halda xəstəxanaya aparılıb. Hazırda reanimasiya şöbəsində müalicəsi davam edən yeniyetmənin vəziyyəti ağır olaraq qalır.

Hadisənin baş vermə səbəbləri araşdırılır.