Ağstafada 39 yaşlı kişi bıçaqlandı

agstafada-39-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 1237

Ağstafa sakini bıçaqlanıb.

“Qafqazinfo” xəbər verir ki, rayonun Kəsəmən kənd sakini 1983-cü il təvəllüdlü İsmayılov Famil bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Xəstə dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli