Ağstafada 54 yaşlı kişi qohumu tərəfindən döyüldü

agstafada-54-yasli-kisi-qohumu-terefinden-doyuldu
Oxunma sayı: 822

Ağstafa rayonunda yerli sakin döyülərək xəsarət alıb.

"Qafqazinfo"nun məlumatına görə, rayonun Köhnəqışlaq kəndində, 1965-ci il təvəllüdlü Ş.Abbasov qohumu ilə mübahisə zəminində döyülərək baş və üz nahiyəsindən xəsarət alıb. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Həkimlər tərəfindən ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Mübahisənin hansı səbəbdən baş verdiyi isə hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tural Hüseynli