Ağstafada bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xətai kəndində baş verib.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Hidayət Tanrıverdiyev yaşadığı evdə elektrik naqillərini düzəldən zaman onu “tok” vurub.
60 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.