Ağstafada ağır qəza - Ölən və yaralanan var

agstafada-agir-qeza
Oxunma sayı: 1603

Ağstafada ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Aşağı Göycəli kəndində qeydə alınıb.

Belə ki, Bakı sakini 34 yaşlı Zaur Həsənovun idarə etdiyi "Mercedes" markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və "KamAZ" markalı yük maşınına çırpılıb.

Qəza nəticəsində sürücü Zaur Həsənov hadisə yerində ölüb. Yaralı 1985-ci il təvəllüdlü Orxan Qurbanov isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli