Ağstafada ağır qəza - Yaralananlar var

agstafada-agir-qeza
Oxunma sayı: 2334

Ağstafa rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, "Opel" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində, 1978-ci il təvəllüdlü Kamil Cabbarov, 1979-cu il təvəllüdlü Cümşüd Rzayev, 1960-cı il təvəllüdlü Rizvan Mustafayev və daha bir nəfər xəsarət alıb.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.  Hazırda onların vəziyyəti ağır və orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev