Ağstafada avtomobil 76 yaşlı qadını vuraraq öldürdü

agstafada-avtomobil-76-yasli-qadini-vuraraq-oldurdu
Oxunma sayı: 3011

Ağstafada yol qəzası ölümlə nəticələnib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.  

Belə ki, "VAZ 2106" markalı minik maşını yolu qarşı tərəfə keçmək istəyən 76 yaşlı Raya Məlikovanı vurub. Yaşlı qadın hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunus Quliyev