Ağstafada dəmir yolunun kənarında gənc oğlanın meyiti tapıldı

agstafada-demir-yolunun-kenarinda-genc-oglanin-meyiti-tapildi
Oxunma sayı: 2850

Ağstafada dəmir yolunun kənarında gənc oğlanın meyiti tapılıb.

"Qafqazinfo"nun xəbərinə görə, meyit dəmir yol xəttinin rayonun Köçəsgər kəndi ərazisindən keçən hissəsində aşkarlanıb.

Araşdırma zamanı ölən şəxsin kənd sakini - 1994-cü il təvəllüdlü Vüsal Kamal oğlu Qocayev olduğu müəyyən edilib. Onu qatar vuraraq öldüyü ehtimal edilir. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli