Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb. Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.
Bədəninin 80 faizindən çox hissəsi yanan Bakı şəhəri, Yasamal rayon sakini, 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu paytaxtdakı xəstəxanalardan birinə göndərilib.
Onun vəziyyətinin ağır olaraq qaldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər