Ağstafada iki “VAZ” toqquşub, xəsarət alanlar var

agstafada-iki-vaz-toqqusub-xesaret-alanlar-var
Oxunma sayı: 937

Ağstafada iki nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

“Qafqazinfo”nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

“VAZ 2106” və “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində kənd sakini 1995-ci il təvəllüdlü Kamran Salahov bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Qəza zamanı 1985-ci il təvəllüdlü Vaqif Namazov isə yüngül bədən xəsarətləri alıb.
 
Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.