Ağstafada maşın körpüdən aşdı, yaralılar var

agstafada-masin-korpuden-asdi-yaralilar-var
Oxunma sayı: 1217

Ağstafada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobilin idarəetmədən çıxaraq körpüdən aşması nəticəsində rayon sakinləri, 1981-ci il təvəllüdıü Vidadi İbrahimov və 1979-cu il təvəllüdlü Həsən Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəza zamanı bir nəfər isə yüngül xəsarət alıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli