Ağstafada qəza - 13 nəfər yaralandı

agstafada-qeza
Oxunma sayı: 2716

Bakı-Qazax yolunda mikroavtobus minik avtomobili ilə toqquşub.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Astafa rayonun Dağ Kəsəmən kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Qazax-Ağstafa  marşrutu ilə işləyən “QAZel” markalı mikroavtobusla “Opel” markalı avtomobilin toqquşması nəticəsində 13 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.