Ağstafa rayonunun Poylu qəsəbəsində qohumlar arasında kütləvi dava-dalaş olub.
“Qafqazinfo” xəbər verir ki, dava zamanı 1971-ci il təvəllüdlü Elşən Bədirov qardaşı oğlu, 1990-cı il təvəllüdlü Camal Bədirovun baş nahiyəsinə kəsici-deşici alətlə xəsarətlər yetirib. Camalın qardaşı Məhəmməd isə Elşənin oğlu, 1998-ci il təvəllüdlü Elbrusa kəsici-deşici alətlə daxilə nüfuz edən xəsarətlər yetirib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
E.Bədirov və Məhəmməd Bədirov saxlanılıb. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.
Həmçinin oxuyun: “Я никогда не водил автобус, а мне выписали штраф в размере 1400 манатов”
Son xəbərlər
Son Xəbərlər