Ağstafada Qurtuluş Günü qeyd olundu - Fotolar

agstafada-qurtulus-gunu-qeyd-olundu
Oxunma sayı: 1789

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ağstafada ümumrayon bayram tədbiri keçirilib.

“Qafqazinfo” xəbər verir ki, rayonda Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxslər, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Seymur Orucov qeyd edib ki, tariximizə qızıl hərflərlə yazılan 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan xalqının taleyində Milli Qurtuluş Günü kimi həkk olunub. Ümummilli liderin rəhbərliyi ilə respublikanı bürüyən xaos və anarxiyaya, dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə alan vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurmalara, hərc-mərclik, özbaşınalıqlara kökündən son qoyulub. Beləliklə, Azərbaycan real təhlükələrdən xilas olunmaqla yanaşı, gələcək inkişaf strategiyasını müəyyənləşdirib və bu istiqamətdə ilk mühüm addımlar atılıb.

Qurucusu ulu öndər Heydər Əliyev olan şanlı Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin edilib. Bu gün Heydər Əliyev ideyalarının işığında ölkəmiz Prezident tərəfindən beynəlxalq müstəvidə möhtəşəm nəaliyyətlərə imza atır, yeni-yeni zirvələr fəth edir.

Tədbirdə digər çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsindən geniş söz açıblar.

Mədəniyyət və incəsənət nümayəndələrinin Qurtuluş Gününə həsr etdikləri geniş konsert prqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.