Ağstafada rəfiqələr arasında dava

agstafada-refiqeler-arasinda-dava
Oxunma sayı: 974

 Ağstafada qadınlar arasında dava olub.

"Qafqazinfo" "Report"a istinadən xəbər verir ki, hadisə bu gün Ağstafa şəhərində baş verib.

Rayon sakini, 1979-cu il təvəllüdlü Məmmədova Kəmalə Nadir qızı iki rəfiqəsi tərəfindən döyülüb. 
O, xəstəxanaya yerləşdirilib. Həkimlər K.Məmmədovanın vəziyyətini orta-ağır kimi qiymətləndiriblər.
Rəfiqələr arasında baş verən davanın səbəbi hələlik məlum deyil.