Ağstafada sel suları körpüləri dağıtdı - Fotolar

agstafada-sel-sulari-korpuleri-dagitdi
Oxunma sayı: 2159

Ağstafada yağan leysan bir sıra fəsadlar yaradıb.

“Qafqazinfo”nun xəbərinə görə, son günlər bölgədə yağan leysan yağışlar nəticəsində yaranan sel rayonun Yuxarı Göycəli kəndində olan Həsənsu çayı üzərində yerləşən körpünü qəzalı vəziyyətə salıb. Körpüdən bir neçə kəndin sakinləri istifadə edirlər. Aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub, tədbirlər görülür.

Bundan başqa, sel suları bir neçə körpünü də yararsız hala salıb.

Elmar Əli